Ukrayna Silahlı Qüvvələrinin “Novoçerkassk” desant gəmisinə endirdiyi zərbə nəticəsində 74 rusiyalı dənizçi həlak olub, daha 27 nəfər yaralanıb.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Sevastopol News portalı Qara Dəniz Donanmasının informasiya təminatı departamentinin mesajına istinadən xəbər verir.
Ölənlər haqqında məlumatı Sevastopolun Müstəqil Televiziyası da yayıb, lakin sonradan bu xəbər yoxa çıxıb.
Sevastopol xəbər portalının məlumatına görə, Rusiya Hərbi Dəniz Qüvvələrinin baş komandanı Nikolay Evmenov şəhərdə iki günlük matəm elan etməyi təklif edib.
Ukrayna Milli Müqavimət Mərkəzi də rus dənizçilərinin ölümündən yazır.
O, Kiber Müqavimət fəallarının ixtiyarında olduğu iddia edilən Evmenovun məktubuna istinad edir. Xəbərdə deyilir ki, Krım mediası bu məlumatları dərc edib, lakin sonradan bəziləri nəşrləri silib.
Onu da qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi gəmidəki itkilər barədə rəsmi məlumat verməyib.
Xatırladaq ki, dekabrın 26-na keçən gecə ilhaq edilmiş Krımın Feodosiya limanında bir neçə güclü partlayış baş verib.
Ukrayna bombardmançıları estakada dayanmış böyük desant gəmisi “Novoçerkassk”a raket zərbəsi endiriblər. Rusiya Müdafiə Nazirliyi “Novoçerkassk”ın "Ukrayna Silahlı Qüvvələrinin hücumunu dəf edərkən zərər gördüyünü bildirib. Bundan əvvəl “Astra” teleqram kanalı öz mənbələrinə istinadən Ukrayna Silahlı Qüvvələrinin endirdiyi zərbədən sonra azı 33 dənizçinin itkin düşdüyünü bildirmişdi.
Nəşrin məlumatına görə, dekabrın 26-na keçən gecə hücum zamanı gəmidə 77 dənizçi olub. İtkin düşənlərdən əlavə 19 dənizçi də yaralanıb.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB