Mixaylov deyir ki, gələn ilin elə ilk günü Ukrayna təslim olacaq?

Qərb yeni il qabağı Kiyev rejiminin məğlub olmasını istəmir?
Mixaylov deyir ki, gələn ilin elə ilk günü Ukrayna təslim olacaq?

Ukraynaya yardım il ərzində xeyli azalıb. İndi Kiyev rejimi ayda adi 4-5 milyard dollar deyil, cəmi 200-250 milyon dollar alır. Meydan yalnız döyüş sursatı alır, amma heç bir texnikadan söhbət getmir.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə URA.RU-ya Hərbi-Siyasi Təhlil Bürosunun rəhbəri Aleksandr Mixaylov yazıb.

Yəni qələm rus əlindədir…

…Keçən il yardım paketləri ayda 4-5 milyard dollara çatmışdı. İndi isə cəmi cümlətanı 200-250 milyon dollar. Yəni ukraynalılara yardım 10-20 dəfə azalıb. Ukrayna bu ölçülərə son dərəcə şübhə ilə yanaşır. Təbii ki, sözün əsl mənasında bir il əvvəl olduğu kimi, onlar bunu dəfələrlə çox istərdilər. Ancaq 2022-ci ilin sonu deyil, 2023-cü ilin sonu və Ukrayna bu hərbi kampaniyanı uduzur. Qərbdə onlar başa düşürlər ki, buna milyardlar tökmək mənasızdır.

…Bunu bəyan edən rusiyalı Mixaylova görə, Ukrayna ən azı ona görə nəsə əldə edir ki, Qərb yeni il qabağı Kiyev rejiminin məğlub olmasını istəmir.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə