Rusiyada payız çağırışı çətin şəraitdə keçib.
SİA rus saytlarına istinadən xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.
Onların sözlərinə görə, əsas iş çətin vəziyyətdə və xarici KİV-in mənfi təsiri şəraitində tapşırığı yerinə yetirən hərbi komissarlıq işçilərinə həvalə edilib.
Müdafiə Nazirliyi əlavə edib ki, xaricdən gələn təsir ilk növbədə Rusiya Silahlı Qüvvələrini nüfuzdan salmağa yönəlib.
Xatırladaq ki, sentyabrın 29-da Rusiya prezidenti Vladimir Putin orduya payız çağırışının başlanması haqqında fərman imzalayıb. Dövlət başçısı həmçinin Rusiya hökumətinə, icra hakimiyyətlərinə və çağırış komissiyalarına çağırış kampaniyası ilə bağlı bütün zəruri tədbirlərin həyata keçirilməsini təmin etməyi tapşırıb.
Yeri gəlmişkən, oktyabrın 1-dən Rusiyada hərbi xidmətə çağırış və hərbi qeydiyyat qaydalarının pozulmasına görə cərimələr də artıb.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB