İstanbulda yaradılacaq ofis BMT-nin Avropa və Mərkəzi Asiya üzrə 18 rezident əlaqələndiricisinə dəstək verəcək
İstanbulda BMT ofisi

İstanbulda Birləşmiş Millətlər Təşkilatının İnkişaf Koordinasiya Regional Ofisi yaradılacaq. Türkiyə Böyük Millət Məclisinin (TBMM) Xarici Əlaqələr Komitəsi son iclasında BMT-nin İnkişaf Koordinasiya Mərkəzinin İstanbulda Regional Ofisinin yaradılması haqqında sazişin təsdiq edilməsi haqqında qanun layihəsini dəstəkləyib.

SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, layihənin yeni ildə TBMM-in Baş Məclisində müzakirəyə çıxarılması gözlənilir.

İstanbulda yaradılacaq ofis BMT-nin Avropa və Mərkəzi Asiya üzrə 18 rezident əlaqələndiricisinə dəstək verəcək. Bununla əlaqədar açıqlama verən xarici işlər nazirinin müavini Burak Akçapar bildirib ki, həmin ofisin yaradılması Türkiyənin İstanbulu Nyu-York və ya Cenevrə kimi BMT mərkəzinə çevirmək vizyonuna uyğundur və bu məqsədə xidmət edir.

Bütün xəbərlər Facebook səhifəmizdə