Duz-çörək əvəzinə, siçovul zəhəri qadılmış samaqon..?

Tokmakda yerli sakinlər rus əsgərlərini siçovul zəhəri qadılmış samaqonla zəhərləyirlər...
Duz-çörək əvəzinə, siçovul zəhəri qadılmış samaqon..?

...Gərək ki, yadınızda olar, o vaxt Rusiya ordusunun Ukraynaya genişmiqyaslı müdaxiləsi başlayanda rus təbliğatçıları televizorlarda car çəkib deyirdilər ki, guya heç bir narahatşılığa əsas olmamalıdır, çünki yerli ukraynalılar hazırda duz-çörək götürüb həsrətlə onların yolunu gözləyirlər.

O da yadınızda olar ki, həmən vaxt “məşhur” Olqa Skabeyeva bunu ruslara elə bəlağətlə “yedirməyə çalışırdı” ki, buna təkcə Ukraynaya hücum edəcək hərbçilər deyil, hətta Rusiya əyalətlərində yaşayan əyyaş mujiklər belə inanmağa başlamışdılar,

Amma nə oldu?

Belə ki, rusları duz-çörək əvəzinə...

...Budur, bu yaxınlarda rusların “Rusiç” təxribat və hücum kəşfiyyat qrupunun hərbçiləri Ukraynada döyüşən həmvətənlrinə ukraynalılardan spirtli içki alıb içməməyə çağırış edib.

Və onların bu içkilərdən zəhərlənib ölə biləcəklərinin xəbərdarlığını da edib.

SİA-nın əldə etdiyi məlumata görə, son zamanlar Zaporojye vilayətinin Tokmak şəhərində yerli ukraynalılardan spirtli içki alıb içən rusların çoxu artıq bu dünya ilə vidalaşıblar.

Qeyd edək ki, bu ərazilərdəki ruslar yerli ukraynalıların onları siçovul zəhəri qadılmış samaqon və digər kimyəvi “ədviyyatlarla” qidalandırdırdıqlarından şübhələnməyə başlayıblar.

Və budur, yaxınlarda rusların yuxarı səlahiyyətlilərindən göstəriş gəlib: xüsusi hərbi əməliyyat zonasında içməyin!

Kimə deyirsən?

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə