Livanda Harisa dağına qalxan kanatda yaranan nasazlıq səbəbindən metrlərlə yüksəklikdə qapalı qalan 19 nəfər saatlarla davam edən əməliyyatın sonunda xilas edilib. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Livan Mülki Müdafiə Departamentinin sosial media hesabında məlumat verilib.
Açıqlamada əksəriyyəti uşaq olmaqla 19 nəfərin kanatda saatlarla havada qaldığı, qrupların böyük səyi nəticəsində insanların kəndirlərə bağlandığı və 70 metrə qədər hündürlükdən yerə endirildiyi bildirilib.
Qeyd edək ki, paytaxt Beyrutun şimalındakı Cunye sahil şəhərinin düz yanında yerləşən Harisa dağı və Məryəm kilsəsi turistlərin məşhur yerləri arasındadır. Sahildən bir neçə metr yüksəklikdə olan dağa və kilsəyə kanat yolu var. 2019-cu ildən bəri Livanda yaşanan iqtisadi böhran səbəbindən dövlət 2021-ci ildən etibarən əhaliyə gündə cəmi 4 saat elektrik enerjisi verə bilib. Bu səbəbdən ölkə daxilində bir çox turizm müəssisələrində tez-tez nasazlıqlar və elektrik enerjisinin kəsilməsi baş verir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB