...100 min polisin cəbhəyə səfərbər edilməsi ideyası “qəribədir” və əslində həyata keçirilə bilməz.
SİA-nın Ukrayna saytlarından əldə etdiyi məlumata görə, bunu Ukrayna Milli Polisinin rəhbəri İvan Vıqovski “Ukrayna xəbərləri”nə müsahibəsində deyib.
...Bəzi vətəndaşlar, məmurlar bu gün Milli Polisdə 250 min polis əməkdaşı olduğunu deyir və onlardan 100 min nəfərinin cəbhəyə göndərilməsini təklif edirlər. Qəribədir ki, bunu “kreslo mütəxəssisləri” deyil, dövlət sistemində çalışanlar və əsas rəqəmləri bilməyənlər deyir.
Vıqovskinin sözlərinə görə, “milis” dövründə 300 min nəfər var idi və bu gün Milli Polisin heyəti 120 min nəfərdir. Amma hətta bu rəqəm faktiki olaraq mövcud deyil - sistemdə 17,5 minə yaxın vakant yer doldurulmur. Yəni faktiki olaraq indi polisdə cəmi 100 minə yaxın insan xidmət edir ki, bunun da 20 mini qadındır.
Vıqovski, bu gün polisin artıq ölkənin müdafiəsində yaxından iştirak etdiyini də qeyd edir, Onun dediyinə görə, hazırda Lyut bölməsində bir neçə min nəfər birbaşa cəbhədə döyüşür, lakin unutmaq lazım deyil ki, onların başqa vəzifələri də var.
...Havadan dəstək, humanitar yardımın müşayiəti və təhlükəli zonalardan evakuasiya karvanları...bütün bunlar, silahlı təcavüzün qarşısının alınması funksiyalarına aiddir.
Bundan əlavə polisin hərbi cinayətlərin sənədləşdirilməsi funksiyası var. Milli Polis bu gün 105 mindən çox araşdırma aparır. Şəhərlərdə yaşanan bombalamadan sonra insanları dağıntılar altından polislər çıxarır, bacardıqca köməklik edirlər.
Bunu deyən Vıqovski vurğulayıb ki, birbaşa cəbhəyə getmək və ölkəni cəbhə xəttində müdafiə etmək istəyən bütün polislər artıq belə bir fürsət əldə ediblər.
Yeri gəlmişkən, bu həftənin əvvəlində Nazirlər Kabineti Ukrayna cəmiyyətində geniş rezonans doğuran səfərbərliyin gücləndirilməsi ilə bağlı yeni qanun layihəsini Radaya təqdim edib.
Ali Radanın insan hüquqları üzrə komissarı Dmitri Lubinets qeyd edib ki, qanun layihəsində Konstitusiyaya zidd olan müddəalar var. Xüsusilə, o, vətəndaşların aktivlərinin məhkəmə icazəsi olmadan bloklanması ideyasını bəyənməyib.
Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunları Komandanlığının spikeri Vladimir Fityo qeyd edib ki, qanun layihəsi hələ də yekunlaşdırılacaq, lakin hələlik səfərbərlik prosesi köhnə qaydalar üzrə aparılır.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB