Avropada qaza tələbatın süni şəkildə azaldılması prosesi gedir.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu “Qazprom”un rəhbəri Aleksey Miller 2023-cü ilin ilkin nəticələrinə yekun vurarkən deyib.
“Qazprom”un rəhbəri, bunun tarixdə heç vaxt olmadığını deyib.
Millerin sözlərinə görə, avropalılar insanların qazdan imtina etməsi üçün tədbirlər görür ki, bu da öz növbəsində ekoloji cəhətdən təmiz enerji mənbələrindən biri hesab olunur.
Bunun fonunda bir çox Avropa İttifaqı ölkələrində bu sahədə sənaye fəaliyyətinin azalması ilə əlaqədar sosial və iqtisadi dəyişikliklər başlayıb.
“Qazprom”un rəhbəri daha əvvəl bildirib ki, Rusiya qazından imtina etdiyi iddia edilən ölkələr faktiki olaraq Avstriyanın Baumqartendəki mərkəzi vasitəsilə qazı almağa davam edirlər.
Onun sözlərinə görə, Rusiyadan gələn enerji Avropa İttifaqı bazarından itməyib. Avropalılara mayeləşdirilmiş təbii qazın tədarükü də davam edir.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB