Almaniya Rusiyaya qarşı yeni sanksiyalar paketini açıqlayıb

Almaniya Rusiyaya qarşı yeni sanksiyalar paketini açıqlayıb

Avropa İttifaqı Rusiya əleyhinə yeni sanksiyalar paketi hazırlayır.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Almaniya İqtisadiyyat Nazirliyinin nümayəndəsi məlumat verib.

Onun sözlərinə görə, bu yaxınlarda Brüsseldə təsdiq edilmiş 12-ci sanksiyalar paketindən sonra yeni sanksiyalar tətbiq olunacaq.

Eyni zamanda, TASS-ın verdiyi məlumata görə, Almaniya məhdudiyyətlər sisteminin özünün genişləndiriləcəyini və təkmilləşdiriləcəyini bəyan edib.

Almaniya İqtisadiyyat Nazirliyinin nümayəndəsi qeyd edib ki, bundan yayınma imkanları aşkar edilərək aradan qaldırılacaq.

Öz növbəsində Almaniya hökumətinin nümayəndəsi Rusiyaya qarşı sanksiyalar rejimini “çox effektiv” adlandırıb. "Rusiyanın öz nefti üçün başqa alıcılar tapması da doğrudur, lakin bu, tədbirlərdən imtina etmək üçün səbəb deyil", - Almaniya Nazirlər Kabineti hesab edir.

Yada salaq ki, dekabrın 18-də Rusiya Federasiyasına qarşı 12-ci sanksiyalar paketi təsdiq edilib, ona əsasən, digər məsələlərlə yanaşı, Avropa İttifaqına Rusiya brilyantlarının idxalına qadağa da tətbiq edilib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə