Şimali Koreya ABŞ-la mümkün toqquşmaya hazır olduğunu bildirib...

Şimali Koreya ABŞ-la mümkün toqquşmaya hazır olduğunu bildirib...

...Bu arada Şimali Koreya lideri Kim Çen In Vaşinqtonu ölkəsinin silahlı qüvvələrinin ABŞ-la mümkün toqquşmaya hazır olduğunu bildirib.

SİA-nın əldə etdiyi məlumata görə, bunu Rusiya Akademiyasının Çin və Müasir Asiya İnstitutunun Koreya Araşdırmaları Mərkəzinin aparıcı elmi işçisi Aleksandr Jebin bildirib.

Maraqlıdır ki, rusiyalı ekspert Kim Çen Inın ABŞ-la mümkün müharibə ilə bağlı sözlərini yüksək qiymətləndirib.

Bir gün əvvəl Şimali Koreya lideri Kim Çen In demişdi ki, təxribatların sayının, eləcə də ABŞ tərəfindən qarşıdurmanın artması səbəbindən Şimali Koreya ordusu mümkün müharibəyə hazırlığı sürətləndirməlidir.

...Bu, amerikalılara xəbərdarlıqdır ki, əgər Birləşmiş Ştatlar qarşıdurmaya başlayarsa, KXDR toqquşmaya hazırdır.

Jebininin ehtimalına görə, Şimali Koreyanın özü ABŞ-a qarşı hərbi əməliyyatlara başlamayacaq, çünki ölkə rəhbərliyi belə bir addımın risklərindən xəbərdardır.

...Onun fikrincə, iki ölkənin qüdrəti müqayisəedilməzdir, lakin müharibə olarsa, Şimali Koreyalılar Koreya yarımadasının cənubunda yerləşən Amerika qoşunlarına və Yaponiyada yerləşdirilən hərbçilərə ciddi ziyan vura biləcəklər.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə