Ruslar Ukraynada maksimum bir il yarım davam gətirəcəklər...

Ruslar Ukraynada maksimum bir il yarım davam gətirəcəklər...

Rusların hərbi potensialı il və ya il yarım ərzində quruyacaq. Ona görə də Putinin Si Cinpinlə görüşdə Rusiyanın Ukraynaya qarşı müharibəsinin beş il davam edə biləcəyi ilə bağlı açıqlamaları qeyri-mümkündür.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Rusiya-Ukrayna müharibəsi veteranı, ehtiyatda olan mayor Aleksey Getman “Espresso” telekanalının efirində danışıb.

...Rusların istehsal edə biləcəyi silahların miqdarını riyazi hesablasanız, bu, bir il və ya bir il yarım sonra, sıfırın altında bitəcək. Xüsusilə, söhbət mərmilərdən, tanklardan, təyyarələrdən, zirehli texnikadan gedir.

Bunu deyən Getmanın sözlərinə görə, döyüşlərdə itkilərə görə rusların əlində olan silahların sayı sürətlə azalır ki, bu da mənfi balansa gətirib çıxarır.

Bu gün Rusiyanın təchizatı azalır, Ukrayna Silahlı Qüvvələri isə onların texnikasını aktiv şəkildə məhv edir.

Getman vurğulayıb ki, bu templə işğalçıların bir il və ya il yarım ərzində heç bir silahı qalmaya bilər.

Qeyd edək ki, bu gün rusların xidmətində 3 minə yaxın tank var. Döğrudur, bundan əvvəl onların sayı 15 minə çatsa da, amma onlardan 5 mindən çoxunu qaydaya salmaq mümkün deyil.

Getmana görə, bu gün rus sənayesi ayda təxminən 20 tank istehsal edə bilər. Deyək ki, bu gün ruslar, deyək ki, cəbhə xəttinə 70-ə yaxın tank verə bilsələr də, amma Ukrayna Silahlı Qüvvələri ayda 2 mindən çox tankı məhv edirlər.

Getman qeyd edib ki, Rusiya tanklarının və digər texnikasının məhv edilməsi Rusiyanın bərpa edə biləcəyi məbləğdən artıqdır, ona görə də 5 illik müharibəni proqnozlaşdırmaq yersizdir.

O vurğulayıb ki, ola bilsin ki, Putin təbliğat manipulyasiyası yolu ilə reallıq qavrayışını dəyişə bilən informasiya müharibəsi kimi müharibənin digər formalarını nəzərdə tutur.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə