...Emomali Rahmon dekabrın 28-də parlamentə ünvanladığı mesajda miqrantlarla, xüsusən də qadınların əmək miqrasiyası ilə bağlı vəziyyətdən narahatlığını ifadə etsə də, amma, nədənsə konkret hallara toxunmayıb.
Məsələ bundadır ki, SİA-nın əldə etdiyi kimi, 2023-cü ildə Mərkəzi Asiyadan gedən əməkçi miqrantlar Rusiyada çoxsaylı reydlər və polisin təzyiqlərindən şikayətləniblər.
Qeyd edilməlidir ki, Tacikistan hakimiyyəti mühacirlərin hüquqlarının müdafiəsi ilə bağlı susqunluqlarına görə daim tənqid olunsa da, prezident Emomali Rahmon, miqrantların həyat şəraitini çox yaxşı bildiyini dilə gətirib.
Belə ki, o, əmək miqrasiyası ilə bağlı konkret statistikaya istinad etmədən miqrasiyanın miqyasını “ölkəni minlərlə insan tərk edir” sözləri ilə təsvir edib.
...Və yüzlərlə tabutu geri gətiririk. Bunlar ora uşaqlarına bir tikə çörək qazandırmaq üçün gedənlərdir, çünki biz yuxarıdan aşağıya qədər bütün rəhbərlər ancaq öz rifahımızı düşünürük.
Yenə, sağ olsun ki(?), Emomali Rahmon heç olmasa bunu etiraf edib.
Bu arada Rusiya hakimiyyət orqanlarının məlumatına görə, hər il bir milyona yaxın tacik əmək miqrantı kimi Rusiyaya gedir.
Xatırladaq ki, son illər Rusiyadakı tacik miqrantlar (təkcə taciklərmi?-A.B.) görünməmiş təzyiqlərlə üzləşiblər. Rusiyada əməkçi miqrantların qaldıqları yerlərə gözlənilməz basqınlar, qrupların saxlanması və deportasiyası, Rusiya siyasətçilərinin və rəsmilərinin miqrantlara qarşı bəyanatları və bu kimi xəbərlər adi hala çevrilib.
Tacikistanlı miqrantların sözlərinə görə, indiki vəziyyətdə onlar öz ölkələrinin dəstəyinə ümid edə bilmirlər. Müstəqilliyin 30 ili ərzində Tacikistan tacik miqrantlarını qəbul edəcək ölkələrin sayını artıra bilməyib və xaricdəki əmək ehtiyatlarını qorumaq üçün müvafiq həll yolu tapa bilməyib.
Onu da xatırladaq ki, bir müddət bundan əvvəl Emoməli Rəhmon parlamentin deputatlarına və hökumət üzvlərinə Tacikistanın yüzlərlə vətəndaşının və ilk növbədə mütəxəssislərin başqa ölkələrin vətəndaşlığını qəbul etməsindən narahatlığını bildirib.
Yeri gəlmişkən, bu ilin ilk 6 ayında 87 minə yaxın Tacikistan vətəndaşı Rusiya vətəndaşlığını qəbul edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 13 min nəfər çoxdur.
Hər gün orta hesabla 500-ə yaxın Tacikistan vətəndaşı Rusiya vətəndaşlığı alır və onların Rusiya vətəndaşlığına yeni qəbul edilənlər arasında payı 42 faiz təşkil edir.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB