Çexiyada daha bir tükürpədici hadisə yaşanıb

Çexiyada daha bir tükürpədici hadisə yaşanıb

Çexiyada universitetdə ölkəni sarsıdan qətliamdan sonra təcavüzkarın müxtəlif qətllər törətdiyi də üzə çıxıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, paytaxt Praqada Çarlz Universitetinə silahlı hücumda 14 nəfərin ölümünə səbəb olan David Kozakın evində aparılan axtarış zamanı intihar qeydinin tapıldığı bildirilib.

Kozak məktubunda universitetə ​​hücumdan 6 gün əvvəl Çexiyanın şərqindəki Klanovice bölgəsində meşədə ata və körpəsini güllələyərək öldürdüyünü etiraf edib. Polisin verdiyi açıqlamada Kozakın 32 yaşlı ata və 2 aylıq körpə qız uşağının ölümündə iştirak edən 4 min şübhəli arasında olduğu bildirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə