...Deyilənlərə görə, 2023-cü ilin martında Rusiya prezidenti Vladimir Putin Çin Xalq Respublikasının sədri Si Cinpinə Ukrayna ilə ən azı beş il müharibə aparmaq niyyətində olduğunu bildirib. Nə bilmək olar?
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bu barədə “Nikkei Asia” öz mənbələrinə istinadən yazıb.
Yenə də deyilənlərə görə, Rusiya prezidenti o zaman Rusiya üçün əlverişli olmayan vəziyyəti belə xarakterizə edibmi deyim, ya yekunlaşdırıbmı deyim bilmirəm.
Amma “Nikkei Asia” müəllifləri, Putinin bu bəyanatını Si-yə Rusiya ilə bağlı mövqeyini dəyişməməsi üçün xəbərdarlıq kimi də qiymətləndiriblər. Onların fikrincə, Rusiya prezidentinin sözləri Pekin və Moskva arasında münasibətlərdə sonrakı bir sıra hadisələri başa düşmək üçün açar ola bilərdi. Amma cifayda...
Niyə? Çünki Si, yəqin ki, Putinin “beş illik müharibə” ilə bağlı sözlərinə tam etibar edə bilməz. Bununla bağlı Pekin Ukraynadakı müharibənin nəticələrindən asılılığını azaltmaq üçün öz maraqlarını qorumağa yönəlmiş tədbirlər görüb.
Bu dəfə də deyilənlərə görə, bu cür tədbirlərə Çinin Avropadakı “sülh missiyası” daxildir.
Yeri gəlmişkən, bu da mənim yox, “Nikkei Asia” nəşri jurnalistlərinin gəldiyi qənaətdir.
Onların yazdığına görə, bu addım Si-nin Moskvaya qarşı mövqeyində “incə dəyişikliyi” və... Çinin Putinin “beş illik” iddiasını rədd etdiyini göstərib. Yenə də niyə?
Çünki müharibənin sözügedən müddətə uzadılması Çin Xalq Respublikası üçün elə də sərfəli deyil.
...Ona görə ki, belə olan təqdirdə Pekin Avropanın daha güclü təzyiqi altına düşə bilər və təbii ki, bu da Çin iqtisadiyyatına zərərsiz ötüşə bilməz.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB