Praqa atıcısı digər cinayətləri də etiraf edir

Praqa atıcısı digər cinayətləri də etiraf edir

Bu arada Praqadakı Çarlz Universitetində tələbə və müəllimləri gülləbaran edən David Kozak digər cinayətlərini də etiraf edib.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bu barədə polisin mətbuat katibi Yan Danek məlumat verib.

Qeyd olunur ki, hüquq-mühafizə orqanları atıcının evində Çexiya paytaxtının kənarında yerləşən Klanovitse parkında ata və uşağa etdiyi hücumdan bəhs edən məktub tapıblar.

Danek bildirib ki, istintaq davam etdiyi müddətdə polis sənədin mətnini ictimaiyyətə açıqlamaq niyyətində deyil. Xatırladaq ki, Çarlz Universitetinin Fəlsəfə fakültəsində baş verən kütləvi atışmada 14 nəfər ölüb, 25 nəfər yaralanıb.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə