İsrail Müdafiə Qüvvələrinin əsgəri gecə kabusundan oyandıqdan sonra... əsgər yoldaşlarına atəş açıb.
Nəticədə bir neçə nəfər xəsarət alıb.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə “Jerusalem Post” xəbər verir
...Qeyd olunur ki, əsgər Aşkelondakı düşərgədə ümumi dəstə ilə birlikdə yatıb. Kabusdan sonra o, ayılıb və yataq otağının divarlarına atəş açıb və bir neçə əsgər uçan qəlpələrdən yaralanıb.
Deyilənlərə görə, bu əsgər əvvəllər Qəzza zolağında İsrailin quru əməliyyatlarında iştirak edib.
...Posttravmatik sindromdan əziyyət çəkdiyi iddia edilən əsgər gecə kabusdan oyanıb və qəfildən yataq otağının divarına atəş açmağa başlayıb. Bir neçə hərbçi qəlpələrdən yaralanıb.
Bunu mənbə bildirib.
Qeyd edək ki, hadisə nəticəsində zərərçəkənlərin sayı açıqlanmır. Yenə də deyilənlərə görə, hazırda hadisənin baş vermə şəraiti hərbi polis tərəfindən araşdırılır.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB