“ABŞ və Avropa Ukrayna ilə bağlı strategiyanı dəyişir...”

“ABŞ və Avropa Ukrayna ilə bağlı strategiyanı dəyişir...”

ABŞ prezidenti Cozef Bayden Ukrayna ilə bağlı strategiyasını tədricən Rusiya ilə münaqişədə tam qələbədən, onu bitirmək üçün mümkün danışıqlarda Kiyevin mövqeyini yaxşılaşdırmağa doğru dəyişir.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Politico” Ağ Evdəki mənbələrə istinadən xəbər verir.

Nəşr qeyd edib ki, Vaşinqton hələ də Baydenin siyasətində hər hansı dəyişikliyin olmamasında açıq şəkildə israr edir. Eyni zamanda, “Politico” mənbələrinin məlumatına görə, ABŞ və müttəfiqləri hazırda Kiyevə diqqətini müdafiəyə və mövcud ərazilərin saxlanmasına yönəltməyi təklif edirlər.

Bu strategiyaya hava hücumundan müdafiə sistemlərinin gücləndirilməsi, Ukraynanın Belarusla şimal sərhədi boyunca tikanlı məftillər və arxların tikintisi daxildir.

Deyilənlərə görə, bütün bunlar gələcək danışıqlarda Ukraynanın mövqeyini gücləndirmək məqsədi daşıyır. Biz istəyirik ki, bu baş verəndə Kiyev ən güclü ələ sahib olsun.

Maraqlıdır ki, nəşr hazırda heç bir danışıqların planlaşdırılmadığını da xatırladıb.

“Politico” hesab edir ki, Baydenin strategiya dəyişikliyi ABŞ-da qarşıdan gələn prezident seçkiləri ilə bağlıdır, çünki Ukrayna və Rusiya Federasiyası arasındakı münaqişə, nəzərəçarpacaq dəyişikliklər olmadan onun yenidən seçki kampaniyasını çətinləşdirə eləcə də hakimiyyət digər namizədlərin əlinə keçə bilər.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə