“Məgər biz Avropa İttifaqına üzv olmuşuqmu?..”

“Məgər biz Avropa İttifaqına üzv olmuşuqmu?..”

Türkiyə prezidentinin baş müşaviri Akif Çağatay Kılıç, Ankara ilə Avropa İttifaqının anti-Rusiya məhdudiyyətləri ilə bağlı fikirlərinin fərqli olduğunu bildirib.

...Bizim sanksiyalarla bağlı müxtəlif mövqelərimiz var. Avropa İttifaqı məndən sanksiyalarla bağlı sual verəndə mən hətta təəccübləndim və sual verdim: məgər biz Avropa İttifaqına üzv olmuşuqmu?..

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bunu Akif Çağatay Kılıç deyib.

O qeyd edib ki, Türkiyə bu məsələdə BMT-nin tələblərinə əməl edir və ölkəsinin öz baxışı var.

Bununla yanaşı türkiyəli müşavir, Türkiyənin sanksiyalardan yan keçmək üçün “dolama yol” olmadığını da diqqətə çatdırıb.

Qeyd edək ki, Mövlud Çavuşoğlu Türkiyənin xarici işlər naziri olarkən dəfələrlə, Ankaranın anti-Rusiya sanksiyalarına qoşulmaq niyyətində olmadığını bildirmişdi.

Yeri gəlmişkən, Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalın da Moskvaya qarşı sanksiyaların Türkiyəni “vuracağını” bildirib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə