...1-ci Şərq Dairə Hərbi Məhkəməsi Omskdan olan 46 yaşlı mühəndis Anton Smolyaninovu terror aktı işi üzrə 15 il müddətinə azadlıqdan məhrum edib.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə vilayət Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
İstintaqın məlumatına görə, o, 2022-ci ilin payızında hərbi Z simvolu olan bir neçə avtomobili yandırıb, dekabrda isə yaşayış binalarını, sənaye obyektlərini və vərəm əleyhinə dispanseri enerji ilə təmin edən transformator stansiyasını yandırmağa cəhd edib.
Hesabatda qeyd edilir ki, Smolyaninov “Omsk vilayətinin əhalisini qorxutmaq və Ukraynada müharibəni dayandırmaq üçün qərarların qəbuluna təsir etmək məqsədilə” yanğın törətdiyini iddia edir.
Hüquq-mühafizə orqanı Omsk sakininin günahını etiraf edib-etmədiyini dəqiqləşdirməyib. Mühəndis cəzasının ilk beş ilini həbsxanada, daha sonra hərbi məhkəmənin qərarına əsasən, ciddi rejimli koloniyada keçirəcək.
Qeyd edək ki, Rusiyanın Ukraynaya təcavüzündən sonra bütün Rusiya ərazisində hərbi komissarlıqlar, polis, dövlət idarə binaları və “Vahid Rusiya”nın qəbul şöbələri yandırılmağa, dəmir yollarında təxribat törədilməyə başlanıb. Onu da qeyd edək ki, səfərbərlik elan edildikdən sonra belə hücumların sayı xeyli artıb. Yanğın törətmək ittihamı ilə saxlanılan şəxslər daha əvvəl olduğu kimi başqasının əmlakına qəsdən zərər vurma yox, terror ittihamı ilə ittiham olunurlar.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB