“Vaqner” PMC-nin keçmiş rəhbəri Yevgeni Priqojinin Gelendjik yaxınlığındakı kotteci “Transmaşholdinq”in keçmiş sahibi Andrey Bokarevə verilib.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, o, ölkənin ən böyük sərnişin istilik və elektrik lokomotivləri istehsalçısıdır. Bokarevin özü, 2023-cü ildən etibarən “Forbes”-ə görə Rusiyanın ən zəngin iş adamları siyahısına daxildir.
Bu arada “Kommersant” xəbər verir ki, əmlakın Bokarevə verilməsi ilə bağlı məlumat “Spark” məlumat bazasında dərc olunub.
Qeyd edək ki, Yevgeni Priqojinə məxsus olan kottec “Turstatus” şirkətində qeydiyyatdan keçib. 2023-cü ilin avqustunda ölümündən sonra şirkət onun 25 yaşlı oğlu Pavelə “verilmişdi”.
Amma İndi “Turstatus”un sahibi Bokarevdir.
Onu da qeyd edək ki, əmlakın satışı ilə bağlı elanlar dərcdən çıxarılıb, əmlak istirahət mərkəzi kimi qeyd edilib.
...İki mərtəbəli evin ümumi sahəsi 1,2 min kvadratmetrdir. Kottecin ərazisində helikopter meydançası və estakada, iki açıq hovuz, spa kompleksi var.
Təklif 150 milyon rubl dəyərində qiymətləndirilirdi. Eyni zamanda, əmlak və ona gedən yol uzunmüddətli icarəyə götürülüb, satışa torpaq sahəsinin özü deyil, ona məxsus olan hüquqi şəxs təklif edilib.
Xatırladaq ki, “Turstatus” şirkətinin yeni sahibi Andrey Bokarevin sərvəti 2,7 milyard dollar qiymətləndirilir. O, Rusiyanın ən varlı iş adamları siyahısında 47-ci yerdədir. Bokarev əslən Özbəkistandan olan iri sahibkar İsgəndər Mahmudovun ortağıdır: onun maliyyə maraqları faydalı qazıntıların çıxarılması və emalı, mülki tikinti (Moskva metro vaqonları) və silah istehsalı (Kalaşnikov konserni) sahələrində cəmləşib.
57 yaşlı Andrey Boçarov Rusiyanın Ukraynaya müdaxiləsini dəstəklədiyinə görə keçən ildən Böyük Britaniya sanksiyaları altındadır.
Yeri gəlmişkən, onun, Latviyada biznes fəaliyyətini davam etdirdiyi də bu yaxınlarda məlum olub.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB