Polşa prezidenti Andjey Dudanın bütün dövlət mediasını maliyyələşdirməyi dayandırmaq qərarından sonra ölkənin mədəniyyət və milli irs naziri Bartolomey Sienkiyeviç onları ləğv etmək niyyətində olduğunu bildirib.
...Polşa Prezidentinin dövlət mediasının maliyyələşdirilməsini dayandırmaq qərarı ilə əlaqədar mən Polşa Televiziya, Polşa Radiosu və Polşa Xəbər Agentliyi şirkətlərinin ləğvi prosedurlarına başlamaq qərarına gəldim.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bunu polşalı nazir bildirib.
Senkeviçin sözlərinə görə, müvafiq qərar maliyyələşdirmə dayandırıldıqdan sonra “bu şirkətlərin davamlı fəaliyyətini təmin etməyə, onlarda zəruri restrukturizasiyanı həyata keçirməyə və bu şirkətlərdə çalışan işçilərin ixtisarının qarşısını almağa” imkan verəcək.
Əvvəllər Duda yeni hökumətin nəzarətə götürməyə çalışdığı dövlət mediasının maliyyələşdirilməsi haqqında qanuna veto qoymuşdu.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB