Rus Pravoslav Kilsəsi abortu qətllə eyniləşdirir

Rus Pravoslav Kilsəsi abortu qətllə eyniləşdirir

...Rus Pravoslav Kilsəsi birmənalı olaraq “ixtiyari cərrahi və ya tibbi abort”u qətlə bərabərləşdirib.

SİA-nın əldə etdiyi məlumata görə, bunu TASS xəbər verir.

Agentliyin məlumatına görə, Rus Pravoslav Kilsəsinin Müqəddəs Sinodunda “İnsan həyatının konsepsiya anından toxunulmazlığı haqqında” sənəd qəbul edilib.

Kilsə ilə cəmiyyət və media arasında əlaqələr üzrə sinodal departamentdən sitat gətirilən mətndə deyilir: “Kilsə birmənalı olaraq hamiləliyin mərhələsindən və onun həyata keçirilmə üsulundan asılı olmayaraq ixtiyari cərrahi və ya tibbi abortları qətlə bərabər tutur”.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə