...Qazla birlikdə milli Ümumi Daxili Məhsulun 20 faizdən çoxunu və iqtisadiyyatın bütün ixrac gəlirlərinin yarıdan çoxunu təmin edən Rusiya neft sənayesi tarixində özünü iki alıcı ölkədən görünməmiş asılılıqda tapıb.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “The Moscow Times” yazır.
Rusiya neft və neft məhsulları ixracının 90 faizə qədəri indi Hindistan və Çinə gedir. Bunu baş nazirin enerji məsələləri üzrə müavini Aleksandr Novak “Rossiya 24” telekanalına müsahibəsində bildirib.
Müharibədən əvvəl onlarla ölkə Rusiya neftini alırdı. Novak xatırladıb ki, ixracın demək olar ki, yarısı Avropaya gedirdi. Lakin 2022-ci ilin sonunda qüvvəyə minən Avropa İttifaqının embarqosu Rusiya neft şirkətlərini demək olar ki, ən böyük müştərilərinin hamısından məhrum etdi.
Bu ilin nəticələrinə görə, Rusiya neftinin “4-5 faizdən çoxu” Avropaya tədarük edilməyəcək .
Bunu Novak bildirib. Onun dediyinə görə, “...və burada söhbət yalnız istisnalar nəticəsində tədarük olunan qalan həcmlərdən gedir. Avropa Birliyi Macarıstan, Slovakiya, Çexiya kimi bəzi ölkələr üçün “Drujba” vasitəsilə neft tədarükünü həyata keçirdi.
Bloomberg-in məlumatına görə, noyabrın sonunda Hindistan və Çin Rusiyadan gündəlik təqribən 3 milyon barel neft alıb, yayda isə tədarük 3,5 milyon barelə çatıb - bu tarixi rekorddur, baxmayaraq ki, müharibədən əvvəl Çinə cəmi 500-600 min barel neft satılırdı. Hindistana isə ixrac tamamilə yox idi.
Amma bu gün,.. deyim ki, rusların bu ölkələr üçün tətbiq etdiyi endirimlər də öz sözünü deyir.
Bu iki ölkədən başqa, Rusiya Federasiyasından neft dəniz yolu ilə yalnız daha iki ölkəyə - gündə təxminən 400 min barel neft alan Türkiyə və Burqasdakı "Lukoyl" neft emalı zavodu üçün xammal idxal edən Bolqarıstana çatdırılır.
Qeyd edək ki, bu axınlar da 2024-cü ilin martında dayanacaq - müvafiq qanun Bolqarıstan parlamenti tərəfindən qəbul edilib.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB