Bu arada Rusiya Ədliyyə Nazirliyi Latviyada fəaliyyət göstərən “Dəstək Xidməti” media fondunu, Amerikanın “Qlobal Araşdırmaçı Jurnalistlər Şəbəkəsi” layihəsini və Britaniyanın “Real Rusiyası”nı “arzuolunmaz təşkilatlar” elan edib.
SİA-nın “OVD-İnfo”-dan əldə etdiyi məlumata görə, “Dəstək xidməti” Rusiya media meneceri İlya Krasilşik tərəfindən yaradılıb. Fond Rusiyanın işğalından əziyyət çəkən Ukrayna sakinlərinə kömək edir, xeyriyyə təşkilatlarına və könüllülərə dəstək verir.
İqtisadçı Sergey Quryev və yazıçı Boris Akuninin iştirakı ilə qurulan “Real Rusiya” da müharibədən zərər çəkənlərə yardımla məşğuldur.
Təşkilatın press-relizində həmçinin qeyd olunur ki, o, “cinayətkar hərbi təcavüzə qarşı çıxan bütün Rusiya mədəniyyət adamlarını birləşdirir”.
On ildən artıqdır ki, Araşdırmaçı Jurnalistlərin Qlobal Şəbəkəsi araşdırma jurnalistikasını və müstəqil tibbi layihələri inkişaf etdirmək məqsədi ilə dünya üzrə iki yüz yarım qeyri-hökumət təşkilatını birləşdirir.
Qeyd edək ki, Rusiyada bir təşkilatın “arzuolunmaz” kimi tanınması əslində onun fəaliyyətinə qadağa qoyulması deməkdir və onunla əməkdaşlıq edən və ya işçi əlaqələri saxlayan hər kəs inzibati eləcə də cinayət məsuliyyətinə cəlb olunur.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB