...“Astra” teleqram kanalı öz mənbələrinə istinadən bildirir ki, Ukrayna Silahlı Qüvvələrinin ilhaq edilmiş Krımın Feodosiya limanında “Novoçerkassk” desant gəmisini vurması nəticəsində azı 33 dənizçi itkin düşüb.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, dekabrın 26-na keçən gecə hücum zamanı gəmidə 77 dənizçi olub. Hazırda onların 19-u yaralı kimi müalicə alır.
Qeyd edək ki, gəminin vurulmasına qədər gəmidə neçə dənizçinin olduğu barədə dəqiq məlumat yoxdur. Yəni gəmi ekipajının 98 üzvündən neçəsininsə sahilə çıxıb-çıxmaması barədə dəqiq məlumat verilmir.
Rusiya Müdafiə Nazirliyi güclü partlayışın yayımlanan görüntülərinə baxmayaraq, dənizçilər arasında itkilərin olması məsələsini şərh etməyib. Gəmini məhv edən partlayışın gücünü uzun məsafəyə səpələnmiş “Novoçerkassk”-ın metal örtüklərinin böyük parçaları ilə qiymətləndirmək olar.
Onu da qeyd edək ki, həmən görüntüləri yerli “Vesti Krım” telekanalı göstərib..
Xatırladaq ki, ilhaq edilmiş Krımın rəhbəri Sergey Aksyonov daha əvvəl limana hücum nəticəsində bir nəfərin öldüyünü və dörd mülki vətəndaşın yaralandığını bildirmişdi.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB