Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Özbəkistanla ikitərəfli ticarətin 3,5 milyard dollara çatdığını bildirib.
SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, Cevdet Yılmaz 5 milyard dollarlıq ticarət hədəfinə ən qısa zamanda çatılacağını ifadə edib.
Cevdet Yılmaz paytaxt Ankarada keçirilən Türkiyə-Özbəkistan Biznes Forumunda çıxış edib.
Türkiyənin vitse-prezidenti deyib:"Özbəkistanla ikitərəfli ticarətimiz 3,5 milyard dollara çatıb, Özbəkistan iqtisadiyyatına qoyduğumuz sərmayəmiz 1,5 milyard dollara çatıb, 1700-dən çox şirkətimiz Özbəkistanın müxtəlif bölgələrində fəaliyyətlərini davam etdirir".
Qeyd edək ki, Türkiyə ilə Özbəkistanın iş dünyası arasında müxtəlif sahələrdə əməkdaşlığa dair 8 anlaşma memorandumu imzalanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB