''HƏMAS'': ''İsrail Qəzzaya hücumları dayandırmalıdır''

''HƏMAS'': ''İsrail Qəzzaya hücumları dayandırmalıdır''

''HƏMAS''ın Siyasi Bürosunun üzvü Usamə əl-Həmdan bildirib ki, İsraillə yeni məhbus mübadiləsinin vacib şərti Qəzzaya hücumların tamamilə dayandırılmasıdır.
SİA-nın əldə etdiyi məlumata görə, Həmdan Livanın paytaxtı Beyrutda keçirdiyi mətbuat konfransında İsrailin Qəzzaya hücumları və atəşkəs ehtimalından danışıb.
Son zamanlar məhbus mübadiləsi danışıqları ilə bağlı təşəbbüs və təkliflərdən çox danışıldığını bildirən Həmdan deyib: "HƏMAS"ın əsas məqsədi nasistlərin (İsrail) xalqımıza qarşı cinayətkar hücumlarını dayandırmaqdır''.
Qəzza xalqının İsrailin daha çox qətliamla pozacağı "müvəqqəti atəşkəs" gözləmədiyini söyləyən Həmdan deyib:"Əksinə, hücumların hərtərəfli dayandırılmasını gözləyirlər. Hələlik atəşkəs və işğalla bağlı təşəbbüs yoxdur. İsrail ordusu geriyə doğru hərəkət etmək üçün taktikanı dəyişməyə çalışır”.
''HƏMAS'' rəsmisi qeyd edib ki, oktyabrın 8-dən İsrailin Qəzzaya hücumları nəticəsində indiyədək təxminən 21 min dinc sakin ölüb, 54 min mülki şəxs isə yaralanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə