İtaliyanın xarici işlər naziri və baş nazirin müavini Antonio Tajani ölkəsinin Ukraynaya tam dəstək kursunu davam etdirəcəyini bildirib. SİA xəbər verir ki, bu barədə "Canale 5" nəşri məlumat yayıb.
O deyib ki, İtaliyanın G7-yə sədrliyi zamanı ölkə Ukrayna və Yaxın Şərqdəki münaqişələrin həlli yollarını axtaracaq.
“Qərb Ukrayna ilə həmrəylik nümayiş etdirməkdə davam edir və sədrliyimizlə G7-də bu, Yaxın Şərq və süni intellekt məsələləri ilə yanaşı prioritet olacaq. Biz həm Ukraynada, həm də Yaxın Şərqdə sülh istəyirik”, - deyə Tajani qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB