Danilov rus donanmasının artıq 20 faizini məhv etdiklərini deyir…
Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov Rusiyanın Krımda iri desant gəmisi olan “Novoçerkassk”ın məhv edilməsini də diqqətdən kənarda qoymayıb və bu məsələ ilə bağlı danışıb.
SİA-nın əldə etdiyi məlumata görə, o, bu barədə “Amerikanın səsi”nə müsahibəsində danışıb.
Deməli, onun sözlərinə görə, Rusiya Qara Dəniz Donanmasının gəmilərinin məğlubiyyətini nəzərə alsaq, ukraynalı müdafiəçilər artıq Qara dənizdə əhəmiyyətli uğurlar qazana biliblər. Düşmənin döyüş qabiliyyəti azalmaqda davam edir.
Bilmirəm, nə qədər inandırıcı görünür, amma Danilov Rusiya Federasiyasının donanmasının 20 faizini artıq məhv etdiklərini deyir.
Maraqlıdır ki, o, məhv edilən rus donanmasındakı gəmilərin 5-10 nəfər heyyətli gəmilər olmadığını da diqqətə çatdırıb. Danilov nümunə kimi, 2022-ci ilin aprelində Qara Dəniz Donanmasının məşhur flaqmanı “Moskva”nı necə batırdıqlarını bir daha diqqətə çatdırır.
Şura katibi Qara dəniz regionunda ölkəni qələbəyə yaxınlaşdıran mühüm və əhəmiyyətli hadisələr davam etdiyini deyir.
Xatırladaq ki, dekabrın 26-na keçən gecə işğal olunmuş Krımda silsilə partlayışlar baş verib. Yuxarıda da qeyd etdiyimiz kimi, artıq “Novoçerkassk” gəmisinin məhv edildiyi təsdiqlənib. Bu, ukraynalı müdafiəçilərin və Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin taktiki aviasiyasının hərəkətləri nəticəsində baş verib.
Maraqlıdır ki, məhv edilmiş “Novoçerkassk” gəmisində 2 minə qədər “Şahed” uçuş aparatının da məhv edildiyi ehtimal edilir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB