Deyərik, ərlərimiz cəbhədən qayıdıb dövlət çevrilişi edərlər, ona görə də...

Deyərik, ərlərimiz cəbhədən qayıdıb dövlət çevrilişi edərlər, ona görə də...

Ukraynada müharibəyə qarşı etiraz aksiyalarında iştirak edən rusiyalı çağırışçıların arvadları bilirsinizmi nə deyirlər?

Onlar deyirlər ki, Rusiyanın istənilən əylətindəki aksiyalar zamanı guya polislər onlara toxunmurlar. Niyə?

Deməli, SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, əri cəbhədə olan rus qadınlardan birinin dediyinə görə, əgər polis ona və ya başqa qadınlara qarşı güc tətbiq edərsə, bu halda onlar səfərbər olunmuş ər və oğullarına xəbər edər, onlar da cəbhədən qayıdıb Rusiyada dövlət çevrilişi edərlər,

...Ona görə də bunu anlayan polislər bizə təzyiq etməkdən qorxurlar, çünki anlayırlar ki, səfərbər olanların arvadlarına, analarına qarşı nəsə etsələr, səfərbər olanlar cəbhədə qalmayacaq. Bura gəlib dövlət çevrilişi edəcəklər.

Qeyd edək ki, bunu deyən həmən o rus əsgərinin arvadı, polisə tapşırığın yuxarıdan gəldiyini də istisna etmir.

Yeri gəlmişkən, son həftələr Rusiyada səfərbər olunmuş ər və qohumlarının cəbhədən qayıtmasını tələb edən qadınların müharibə əleyhinə hərəkatı geniş vüsət almaqdadır.

Və yerli sosioloqlar ölkədə müharibədən narazılığın xeyli artdığını da gizlətmirlər.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə