Rusiya nüvə silahlarının Belarusa göndərilməsi başa çatıb

Rusiya nüvə silahlarının Belarusa göndərilməsi başa çatıb

Belarus prezidenti Aleksandr Lukaşenko Rusiyanın Sankt-Peterburq şəhərində jurnalistlərə Rusiyanın Belarusa nüvə silahı göndərilməsi ilə bağlı açıqlama verib. SİA xarici mətbuata istinadən xəbər verir ki, nüvə silahlarının ölkəsinə daşınması prosesinin tamamlandığını bildirən Lukaşenko daşımanın artıq sentyabr və ya oktyabrda tamamlandığını bildirib.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin mart ayında Belarusda taktiki nüvə silahı yerləşdirəcəklərini açıqlamışdı. Putin daha əvvəl Belarusa təhvil verdikləri yüksək dəqiqlikli “İskəndər” raket sistemlərinin sözügedən silahla təchiz ediləcəyini də bildirib. Rusiyanın müdafiə naziri Sergey Şoyqu və Belarusun müdafiə naziri Viktor Hrenin may ayında “Rusiyanın qeyri-strateji nüvə silahlarının Belarusdakı anbarda saxlanması prosesi” ilə bağlı sənədlər imzalayıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə