Krımdan xəbər var...

Deyilənlərə görə, Ukrayna hərbçiləri Qara dənizdəki ruslara məxsus “Novoçerkassk” desant gəmisini Feodosiyada məhv edəndən sonra, iki rus gəmisi “qaçıb aradan çıxıb”.

SİA-nın “Krım.Realii”dən əldə etdiyi məlumata görə, qaçan gəmiləri müəyyən etmək mümkün olmayıb, lakin, ehtimal ki, söhbət Rusiya Qara Dəniz Donanmasının döyüş gəmisi və hərbi katerindən gedir.

Xatırladaq ki, artıq...ötən gün Feodosiya körfəzində Ukraynanın Müdafiə Qüvvələri Rusiyanın iri desant gəmisi olan “Novoçerkassk”ı məhv ediblər.

Deyilənlərə görə, gəminin məhv edilməsində artıq 2023-cü ilin yayından Ukrayna Silahlı Qüvvələrində “xidmətdə olan” SCALP/Storm Shadow raketlərindən istifadə edilib.

Xatırladaq ki, 2022-ci ilin aprelində Ukrayna Silahlı Qüvvələri “Neptun” raketləri ilə Zmeynı adasına hücumda iştirak edən Rusiya Qara Dəniz Donanmasının flaqmanı sayılan “Moskva” kreyserini vurub batırmışdılar.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə