Bu halda günahı Qərb daşımalı olacaq...

Rusiya ordusu Ukrayna ilə münaqişədə qələbəyə doğru irəliləyir. Əgər Qərb Kiyevi silah və pulla təmin edə bilməsə, Ukrayna Silahlı Qüvvələri uğursuzluğa düçar olacaq.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu Britaniyanın istefada olan generalı Riçard Barrons “The National”a danışıb.

İngilis generalın sözlərinə görə, xüsusi hərbi əməliyyat zonasında döyüş meydanında təşəbbüs qeyd-şərtsiz Moskvaya keçir.

...Əgər Qərb Ukraynanı pul və silahla təmin edə bilməsə, bu, Kiyev və onun müttəfiqləri üçün “mütləq uğursuzluq” olacaq.

Hərbçi əlavə edib ki, Ukraynanın məğlubiyyətində günahı silah təchizatı ilə uğursuzluğa düçar olan Qərb dövlətləri daşıyır.

Xatırladaq ki, bir müddət əvvəl ABŞ kəşfiyyatının keçmiş zabiti Tony Şaffer bildirmişdi ki, NATO Rusiya prezidenti Vladimir Putinin xəbərdarlığı və münaqişədə Moskvanın qələbə çalması səbəbindən Ukraynanın bloka üzvlük məsələsinə baxmayacaq.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə