Bu arada ruslar Xerson vağzalında yola düşməyə hazırlanan evakuasiya qatarına hücum ediblər.
SİA-nın Ukrayna saytlarından əldə etdiyi məlumata görə, bu barədə dövlət başçısı ukraynalılara axşam müraciətində bildirib.
...Çətin gündür. İndicə Xersonun atəşə tutulması ilə bağlı xəbərlər aldıq. Ruslar dəmiryol vağzalına, evakuasiya qatarına hücum ediblər. Hazırda bütün xidmətlər yerindədir. Ölənlərin və yaralananların sayı dəqiqləşdirilir. Hadisə yerində çoxlu sayda mülki şəxs var. Bütün məlumat yenilikləri müvafiq xidmətlər tərəfindən təmin ediləcək.
Qeyd edək ki, bu barədə dövlət başçısı ukraynalılara axşam müraciətində bildirib.
...Ukraynanın daxili işlər naziri İqor Klimenkonun Telegram-da verdiyi məlumata görə, axşam saatlarında Xersonda 140-a yaxın mülki şəxs evakuasiya qatarının yola düşməsi üçün dəmiryol vağzalında gözləyirmişlər.
Onun dediyinə görə, hazırda düşmən şəhəri kütləvi atəşə tutmağa başlayıb.
...Stansiyada xidmət edən polis əməkdaşları təcili olaraq insanları təxliyə etməyə başlayıblar. Polisin dəqiq hərəkətləri sayəsində hər kəs təhlükəsiz ərazilərə aparılıb. Qəlpə yaraları alan iki mülki şəxsə tibbi yardım göstərilir.
Bunu deyən Klimenko, təəssüflə atəş nəticəsində Kirovoqrad vilayətindən olan polis leytenantının həlak olduğunu da diqqətə çatdırıb.
Nazirin dediyinə görə, polis leytenantı Xersonda birləşmiş dəstənin tərkibində xidmət edib. İnsanların təxliyəsi zamanı ölümcül yaralanıb.
Bundan əlavə, hazırda daha iki polis əməkdaşı qəlpə yaraları ilə xəstəxanaya yerləşdirilib.
Bu arada Xerson şəhər hərbi administrasiyasının rəhbəri Roman Mroçko, Telegram-da rus qoşunlarının Xersonu atəşə tutmaqda davam etdiyini bildirib.
Onun dediyinə görə, bu gün Rusiya ordusu müxtəlif növ silahlarla şəhərə bir neçə dəfə hücum edib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB