Bu arada Polşalı ekspert Yaçek Bartosyak, Rusiyanın Ukrayna ilə münaqişədə tədricən daha böyük uğurlar qazanacağını bildirib.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, onun şərhini “Do Rzeczy” nəşri paylaşıb.
Ekspertin fikrincə, Qərbdən Ukrayna ordusu üçün silah və sursat tədarükü zəiflədiyi üçün Rusiya Ukraynanın Qara dənizə çıxışını kəsə biləcək.
Bartosyakın iddiasına görə, Rusiyanın hücumları davam edəcəyi təqdirdə, Ukrayna ordusunda qiyamlar baş verə bilər. Polşalının başqa bir iddiasına görə, hətta ölkənin hərbi rəhbərliyi qərar qəbul etməkdən də uzaqlaşdırıla bilər.
Ukrayna dövlətinin dağılma ərəfəsində olduğunu gizlətməyən Bartosyak, bu gün Rusiyadakı iqtisadi artımı da diqqətə çatdırıb.
Onun fikrincə, Rusiyadan fərqli olaraq, Ukrayna artıq normal fəaliyyət göstərə bilmir.
Xatırladaq ki, bir müddət bundan əvvəl ABŞ ordusunun Avropadakı keçmiş baş komandanı Ben Hodjes Ukrayna Silahlı Qüvvələrinin əks-hücum əməliyyatının uğursuzluğunda Qərb ölkələrinin günahkar olduğunu bildirmişdi. O, qeyd edib ki, Qərb dövlətləri Ukrayna Silahlı Qüvvələrini hücum üçün lazım olan hər şeylə təmin edə bilmirlər.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB