Rusiya regionlarında işləməyə adam tapmırlar...

Rusiya regionlarında işləməyə adam tapmırlar...

...Bu gün Rusiyanın 67 regionu işçi qüvvəsi çatışmazlığı ilə üzləşib. Bu regionların bəzilərində kadr çatışmazlığı 70-90 faizə çatır.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, 2023-cü ildə, ümumiyyətlə işçilərə olan ehtiyac 8,5 faizdən çox artıb.

Belə ki, bu ilin sentyabr ayında hər 100 vakant iş yerinə cəmi 26 ərizəçi düşüb.

Şimal-Qərb regionları arasında kadr çatışmazlığına görə ilk onluğa Sankt-Peterburq və Nenets Muxtar Dairəsi düşüb.

“Ekspert RA” agentliyinin proqnozuna görə, kadr çatışmazlığı 2026-cı ilə qədər davam edə bilər.

Təbii ki, resurs çatışmazlığının səbəbləri Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibə və sanksiyalarla bağlıdır. Mütəxəssislər tələbin dəyişməsinin əsas amilləri arasında sanksiya tətbiq edilən malların idxalı əvəz etmə ehtiyacını və müdafiə sifarişlərinin artımını qeyd edirlər.

Bu gün Rusiyanın əksər bölgələrində mexaniklərə, mexanizatorlara, qaynaqçılara, məhsul yığanlara və s. tələbat artıb. Ölkədə ixtisaslı işçi çatışmazlığı var, hökumət tədbirlər görür, lakin bu, ləng prosesdir

Qeyd edək ki, bunu “Ekspert RA” agentliyinin eksperti Tatyana Tirskix deyir.

...Ötən il ərzində işsizlik səviyyəsi 3,9 faizdən 2,9 faizə qədər azalaraq tarixi minimuma çatıb,

Bunu isə Rusiya prezidenti Vladimir Putin bir müddət bundan əvvəl bildirmişdi.

Maraqlıdır ki, rusiyalı iqtisadçılar Putinin dediklərini Rusiya iqtisadiyyatının sanksiyalara məruz qalan sektorlarında köhnə işçiləri işdən çıxarmamaları və eyni zamanda idxalı əvəzləmə vəzifəsi üçün yeni işçilər tapmağa çalışmaları ilə əlaqələndirirlər.

Bu baxımdan, bir çox sənaye sahələrində tam məşğulluq, fasilələr və ödənişsiz məzuniyyətlər artıb. Məsələn, aviasiya sənayesində boş işləyənlərin sayı 2022-ci ildə demək olar ki, 2000 faiz artıb. Rusiyanı tərk edən yüzlərlə xarici şirkət də Rusiya sahibləri adı altında yenidən təşkil edilməzdən əvvəl işçilərini aylarla ştatda saxlayıblar.

İşsizliyin səviyyəsinə həm səfərbərlik, həm də hərbçilərin müharibə müqavilələri üçün fəal cəlb edilməsi təsir göstərir. Sentyabrda Putin bildirib ki, səfərbər olunan ən azı 300 min nəfərdən əlavə, 300 min nəfər Müdafiə Nazirliyi ilə könüllü müqavilələr imzalayıb.

Yeri gəlmişkən, hər ikisi hərbi əməliyyatlar bitənə qədər rotasiya və işdən çıxarılma hüququndan məhrumdur.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə