İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahyan dekabrın 27-də Ermənistana səfər edəcək.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan “X” sosial şəbəkəsində bildirib.
Səfər çərçivəsində onun Ermənistanın xarici işlər naziri Mirzoyanla görüşü planlaşdırılır.
Bundan əvvəl İranın xarici işlər naziri azərbaycanlı həmkarı Ceyhun Bayramovla telefonla danışıb. İkitərəfli əməkdaşlığın gündəliyinə dair məsələlər, regiondakı vəziyyət və İrəvanla Bakı arasında münasibətlərin normallaşdırılması prosesi müzakirə edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB