Ukrayna Silahlı Qüvvələri bu gecə “Storm Shadow” raketləri ilə Feodosiyaya hücum edib. Rusiyanın hava hücumundan müdafiəsi müvəqqəti işğal olunmuş Krımda hərbi obyektləri qoruya bilmir.
SİA-nın əldə etdiyi məlumata görə, Feodosiyadakı Rusiyanın “Novoçerkassk” gəmisi “Storm Shadow” raketləri ilə vurulub.
Ukrayna tərəfinin yazdığına görə, bu tip raketlər əslində belə təsirli zərbələr endirə bilər. Xatırladaq ki, avqust ayında Ukrayna Novorossiyskdə Rusiyanın desant katerlərinə və sualtı qayıqlarına hücum etmişdi.
Daha sonra da uzaqmənzilli məhvetmə sistemlərindən, xüsusən də “Storm Shadow” və “Skalp” raketlərindən istifadə edilmişdi.
Qeyd edək ki, Ukrayna tərəfi bu raketlərdən istifadənin effektinin böyük olduğunu iddia edirlər.
Yeri gəlmişkən, Krımdakı hərbi infrastrukturun Kreml üçün vacib olduğunu deyən Ukrayna tərəfi, amma rusların onu qoruya bilmədiklərini iddia edir.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB