"Biz ən pis ssenariyə hazırlaşmalıyıq..."

Rada səfərbərlik tələbini izah edib...
"Biz ən pis ssenariyə hazırlaşmalıyıq..."

Ali Radanın Müdafiə Komitəsinin katibi Roman Kostenko, sanitar itkilərin ödənilməsi və yeni bölmələrin formalaşdırılması üçün Ukraynada daha yarım milyon insanı səfərbər etmək lazım olduğunu bildirib.

Onun sözlərinə görə, “hər kəs döyüşlərdə iştirak etməlidir”.

Kostenko qeyd edib ki, sürətli qələbəyə ümid edən ukraynalılar səfərbərliyə hazırlaşmırlar. Buna görə də Ukrayna rəhbərliyinin yeni çağırış keçirmək planları onlar üçün “soyuq duş” olub.

...Biz iki ay, altı ay deyil, illərlə planlaşdırmalıyıq, çünki müharibə uzun müddət davam edə bilər və siyasi proseslərin təsiri baxımından sabah da bitə bilər, amma yox. Ona görə də biz ən pis ssenariyə hazırlaşmalıyıq.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Kostenko bu sözləri “Strana.ua” bildirib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə