...Rusiya ordusunun Ukraynaya hücumu Rusiya iqtisadiyyatına getdikcə daha çox zərbə vurmağa başlayır. Ölkə müəssisələri səfərbərlik və cəbhədə rusların həlak olması fonunda kəskin işçi çatışmazlığından şikayətlənirlər.
Rusiya Federasiyasında yumurta qıtlığı və qiymətlərin artması fonunda Aksai quşçuluq fabrikinin direktoru Natalya Şumeçkova “Qorod N” nəşrinə müsahibəsində bu gün müəssisədə işçilərin 30 faizinin çatışmadığını bildirib.
Beləliklə, Rusiyada işçi qüvvəsi çatışmazlığı getdikcə daha ciddi problemə çevrilir.
SİA-nın əldə etdiyi məlumata görə, bunu “dialog.ua” yazır.
İşçi çatışmazlığı digər ərzaq məhsulları kimi yumurta istehsalının da azalmasına səbəb olmaqdadır.
Rusiya Federasiyasında artıq yumurta qıtlığı var və yumurta qiyməti isə kəskin artıb.
Bu gün bu sahədə o qədər az işçi var ki, onları növbə ilə müəssisəyə cəlb edirlər. Və hətta bəzilərini 120 km aralıdan, qonşu ərazilərdən gətirirlər.
Əslində bu gün Rusiya mağazalarında hər şey bahalaşıb, amma nədənsə əsas fikir yumurtaya fikir verilir.
Qeyd edək ki, hazırda Rusiyada işçi qüvvəsinin çatışmazlığı bir neçə amilin, o cümlədən:
- Ukraynada müharibə başlayandan sonra ölkədən kütləvi mühacirət;
- xarici şirkətlərin Rusiyadan getməsi;
- ölkədə iqtisadi vəziyyətin pisləşməsi;
- səfərbərliyin nəticəsidir.
Yeri gəlmişkən, Rusiya hökuməti işçi qüvvəsi çatışmazlığı problemini, təbii ki, əcnəbi işçiləri cəlb etməklə həll etməyə çalışır, lakin hələlik bu, nəticə verməyib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB