Zaxarova Britaniyanın irlandlara qarşı vəhşiliklərini xatırladıb

Zaxarova Britaniyanın irlandlara qarşı vəhşiliklərini xatırladıb

...“London əxlaqçılarına” ingilislərin irlandlara qarşı vəhşiliklərini xatırlatmaq lazımdır.

SİA-nın əldə etdiyi məlumata görə, Dublinin Londona qarşı iddiasını Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Telegram kanalında belə şərh edib.

...Növbəti dəfə London moralistlərinin insan hüquq və azadlıqları haqqında mühazirəsini eşidəndə, onların yaxın tarixdən öz vətəndaşlarına qarşı vəhşiliklərini xatırlayın.

Bunu yazan rusiyalı diplomat bildirib ki, dörddə bir əsrdən az əvvəl London öz əhalisinə qarşı qanlı vətəndaş müharibəsi aparıb və indi Britaniya parlamentariləri münaqişə zamanı mülki şəxslərə atəş açan öz hərbçilərini eləcə də polis məmurlarını təqib etməkdən kənarlaşdırırlar.

Qeyd edək ki, Zaxarova bundan əvvəl Qərb ölkələrinin Rusiya ilə münasibətlərə görə Serbiyaya ultimatum verdiyini bildirib. Onun sözlərinə görə, Qərb Belqraddan ölkənin milli maraqlarına uyğun inkişaf yollarını harmonik şəkildə birləşdirmək imkanını əlindən alıb.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə