Tayvanın İqtisadi İşlər Nazirliyi çərşənbə axşamı Rusiya və Belarusa qarşı sanksiyaları genişləndirib. Əlavələrə bu ölkələrə yarımkeçiricilər istehsal edən avadanlıqların, həmçinin müəyyən kimyəvi birləşmələrin və dərmanların ixracına qadağa da daxildir. Siyahıya ümumilikdə 45 maddə əlavə edilib. Bu məhsul çeşidi üçün heç bir ixrac lisenziyası təsdiqlənməyəcək.
SİA xatırladır ki, Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləyə başlamasından sonra Tayvan Rusiyanın təcavüzünü pisləyib və ABŞ eləcə də Avropa İttifaqının Rusiya, onun müttəfiqi Belarusa qarşı tətbiq etdiyi sanksiyalara qoşulub.
İlk növbədə Tayvan Rusiyaya yüksək texnologiyalı malların, o cümlədən hərbi texnika istehsalı üçün istifadə oluna bilən məişət mallarının satışını əngəlləyib.
Qeyd edək ki, bu gün Tayvan dünyanın aparıcı mikroçip istehsalçısı və təchizatçısıdır.
Yeri gəlmişkən, Reuters-in qeyd etdiyi kimi, sanksiyaların genişləndirilməsi kifayət qədər simvolik məna kəsb edir, çünki Tayvandan Rusiya və Belarusa mikroçiplərin eləcə də əlaqəli texnologiyaların birbaşa tədarükü artıq minimum səviyyədə saxlanılır.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB