Çin dəniz qüvvələri komandirini əvəz edib

Çin dəniz qüvvələri komandirini əvəz edib

Çində ölkənin Hərbi Dəniz Qüvvələrinin komandanı dəyişib.

“Xinhua” agentliyi xəbər verir ki, Çin prezidenti Si Cinpin dəniz qüvvələrinin komandanı Hu Çjonminqə admiral rütbəsi verib. SİA bu barədə rus saytlarına istinad edir.

Agentliyin məlumatına görə, Donq Junu əvəz edən yeni Hərbi Dəniz Qüvvələri komandiri 1979-cu ildən xidmət edib və sualtı qayığın komandiri olub. Təyin olunmazdan əvvəl Hu iki il Çin donanmasının qərargah rəisi vəzifəsində çalışıb.

Qeyd edək ki, ÇXR Hərbi Dəniz Qüvvələrinə Cənub, Şərq və Şimal donanmaları daxildir. Planlaşdırılır ki, Cənub Donanması Çinin ərazi iddiaları olduğu Cənubi Çin dənizində mövcudluğunu artırmağa davam edəcək və Şərqi Dəniz Donanmasının missiyasına Tayvan və Yaponiya sularında patrul xidməti daxildir.

Şimal Dəniz Donanması da öz növbəsində mütəmadi olaraq Rusiya ilə birgə təlimlərdə iştirak edir.

Yeri gəlmişkən, son vaxtlar Çin sualtı donanmanın yerləşdiyi Yulin hərbi-dəniz bazasını xeyli genişləndirib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə