Sistan və Bəlucistan əyalətinin Rask şəhərinin polis məntəqəsində güclü yanğın baş verib. SİA xəbər verir ki, bu barədə Bəluc Fəallarının Kampaniyası məlumat yayıb. Dekabrın 25-dən 26-a keçən gecə polis bölməsində partlayış səsləri eşidildikdən sonra yanğının başladığı bildirilir. Rəsmi məlumatda hadisənin qaynaq işləri aparılması səbəbindən meydana gəldiyi iddia edilib. Qeyri-rəsmi məlumatlarda polis bölməsinə yenidən hücum edildiyi qeyd olunub.
Xatırladaq ki, dekabrın 15-də həmin polis bölməsinə silahlı hücum nəticəsində 14 polis əməkdaşı öldürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB