Naməlum şəxslər məscidin darvazasına qaban leşi asıblar

Naməlum şəxslər məscidin darvazasına qaban leşi asıblar

Naməlum şəxslər Paris yaxınlığında yerləşən Vignes-sur-Seine kommunasında məscidin qapısına qaban cəsədi və başını asıblar.

SİA-nın RİA Novosti-dən əldə etdiyi məlumata görə, bu barədə “Parisien” qəzeti yazır.

Qeyd olunur ki, artıq bu barədə kommuna müsəlmanlarının mədəni birliyi polisə müraciət edib. Eyni zamanda, naməlum şəxslər videomüşahidə kamerasına düşüb - ötən gecə avtomobil məscidə yaxınlaşıb, oradan bir neçə naməlum şəxs çıxıb. Onlar heyvanın başını və cəsədini məscidin darvazasına asıblar, bundan sonra naməlum istiqamətdə gözdən itiblər.

...Dekabrın 24-də səhər saatlarında Qaliley küçəsindəki məscidin mühafizəçisi patrul xidməti zamanı dəhşətli mənzərə ilə rastlaşıb. Qaban cəsədinin başı və bir hissəsi dini binanın arxa tərəfindəki darvazanın dirəyindən asılı vəziyyətdə qalıb.

Bunu mənbə bildirib.

Qeyd edək ki, bundan əvvəl müsəlman tələbələr fransız müəllimi 17-ci əsrə aid rəsm əsərinə görə irqçilikdə ittiham etmişdilər.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə