Şoyqunun “ələ keçirdiyi” Marinka indi necə görünür..?

Şoyqunun “ələ keçirdiyi” Marinka indi necə görünür..?

...Donetsk vilayətində Marinka uğrunda döyüşlər davam edir, onun tam ələ keçirilməsindən danışmaq düzgün deyil.

Qeyd edək ki, bunu Ukrayna tərəfi bəyan etsə də, amma Rusiyanın müdafiə naziri Sergey Şoyqu Rusiya lideri Vladimir Putinə şəhərin guya ruslar tərəfindən tamamilə ələ keçirildiyi barədə təntənəli şəkildə məruzə edib.

Əslində burada Marinkadan heç nə qalmayıb, yəni tamamilə dağıdılan şəhər tam xarabalığa çevrilib.

SİA-nın əldə etdiyi məlumata görə, müvafiq videoçarxlar Rusiyanın hərbi təbliğat səhifələri tərəfindən də nümayiş etdirilib.

Videoda sağ qalan nə bir bina, nə bombalanmamış kilsə, nə də bir nəfər də yoxdur.

Axşam hesabatında Baş Qərargah Maryinski istiqamətində Müdafiə Qüvvələrinin Novomixailovka ərazisində düşməni cilovlamaqda davam etdiyini bildirib. Orada düşmən aviasiyanın dəstəyi ilə Ukrayna Silahlı Qüvvələrinin mövqelərinə üç uğursuz hücum edilib.

Bu gün Marinka, Georgievka, Pobeda, Novomixailovka, Konstantinovka işğalçılar tərəfindən artilleriya və minaatanlardan atəşə tutulub.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə