...Ukraynanın müharibədə qələbəsi ön cəbhədəki döyüşçülərlə arxa cəbhədə çalışanların birgə əməyinin nəticəsi olacaq. Ona görə də Hollivud filmlərindəki Milad möcüzələrinə ümid edilməməlidir.
SİA-nın Ukrayna saytlarından əldə etdiyi məlumata görə, bunu müdafiə naziri Rustem Umerov Milad təbrikində deyib.
...Bu gün yüz minlərlə müdafiəçi Milad bayramını bütün cəbhə xətti boyunca səngərlərdə və müşahidə məntəqələrində, döyüş maşınlarında, tanklarda, tibbi nəqliyyat vasitələrində, silahların, MLRS və hava hücumundan müdafiə sistemlərinin yaxınlığında qeyd edirlər. Onlar Milad işığını milyonlarla ukraynalı ailənin evlərində işıqlandırmaq üçün oradadırlar. Onlar oradadırlar ki, Milad işığı şəhərlərdən qaranlığı qovsun və müvəqqəti işğal olunmuş ərazilərdə məskunlaşsın.
Bunu deyən Umerov, Ukrayna ordusu əsgərlərinin Ukrayna xalqına birliyi qorumaq üçün ümid və güc verdiyini də əlavə edib.
Bizim Qələbəmiz Hollivud filmlərindəki Milad möcüzəsi olmayacaq.
Bu qələbə cəbhədə silah tutan və arxa cəbhədə silah istehsal edənlərin, əsgərlərə lazım olan hər şeyi gətirənlərin, təlim mərkəzində ilk hərbi ixtisası alan və Müdafiə Qüvvələri sıralarına qoşulmaq, ailəsini, vətəni müdafiə etmək üçün MTK-ya gedənlərin, ümumiyyətlə bizim birgə işimizin nəticəsi olacaq.
Qeyd etdiyimiz kimi, bunu müdafiə naziri Rustem Umerov Milad təbrikində deyib
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB