Kanadanın baş naziri Castin Trüdo Donald Tramp ABŞ prezidenti seçiləcəyi təqdirdə yenidən onunla işləməyə hazırdır, lakin respublikaçıların seçkilərdə qələbə qazanması Kanada və digər ölkələrin iqlim dəyişikliyi ilə mübarizə səylərinə zərər verə bilər.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Kanada hökumətinin başçısı CBC televiziyasına müsahibəsində bildirib.
Baş nazir xatırladıb ki, Trampın prezidentliyi dövründə Vaşinqton və Ottava bir çox məsələləri, o cümlədən yeni ticarət sazişi bağlaya biliblər.
...Bəli, xüsusilə ətraf mühitin mühafizəsi ilə bağlı narahatlıqlar var,- deyən Trüdo, belə perspektivlərlə bağlı mümkün narahatlıqları barədə suala cavab olaraq, ...Trampın prezidentliyi iqlim dəyişikliyi ilə bağlı qlobal tərəqqini ləngidə biləcəyini deyib.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB