Serbiyadakı iğtişaşlara görə Qərb günahkardır.
SİA-nın əldə etdiyi məlumata görə, bu fikri dekabrın 25-də TASS agentliyinə müsahibəsində Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova səsləndirib.
Serbiyada baş verən hadisələr göstərir ki, Qərb ölkələri bütün gücləri ilə “Maydan çevrilişləri” üsullarından istifadə edərək ölkədəki vəziyyəti sarsıtmağa çalışırlar.
Bunu Mariya Zaxarova deyir.
...Kollektiv Qərbin “Maydan çevrilişləri” üsullarından istifadə edərək ölkədə vəziyyəti sarsıtmaq cəhdləri göz qabağındadır. Ölkə Konstitusiyasının hərfinə və ruhuna ciddi riayət etmək, öz ölkəsinin milli maraqlarına səs vermiş serb xalqının seçiminə hörmət etmək yeganə mümkün reaksiyadır.
Bunu da Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü bildirib. Xatırladaq ki, dünən Belqradda “Serbiya zorakılığa qarşı” müxalifət blokunun tərəfdarlarının təşəbbüsü ilə hökumət əleyhinə kütləvi nümayişlər keçirilib.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB