Zelenskinin qayınanası Misirdə dəbdəbəli villa alıb..?

Misirdə Zelenskinin qayınanasının villa almasını araşdıran jurnalist öldürülüb.
Zelenskinin qayınanası Misirdə dəbdəbəli villa alıb..?

Misirdə Ukrayna prezidenti Vladimir Zelenskinin qayınanası tərəfindən milyonerlər şəhəri adlandırılan El Qounada dəbdəbəli villa almasını araşdıran jurnalist öldürülüb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Rossiyskaya qazeta” yazır.

...Bu gün Misirdən böyük xəbər gəldi: Ukrayna prezidenti Vladimir Zelenskinin qayınanası tərəfindən Qırmızı dəniz sahilində villa alması məsələsini araşdıran jurnalist Məhəmməd Əl-Ələvi müəmmalı şəraitdə ölüb.

Jurnalistin cəsədinin Hurqadadakı boş yerlərdən birində tapıldığı qeyd edilir.

Ekspertizaya görə, Məhəmməd Əl-Ələvinin ölümünə ağır kəllə-beyin travması nəticəsində beyin qansızması səbəb olub.

Bundan əlavə, həkimlər sınıqlar, həmçinin çoxlu sıyrıqlar və qançırlar aşkar ediblər. Nəticədə polis jurnalistin bir qrup şəxs tərəfindən döyülə biləcəyi versiyasını irəli sürüb.

Maraqlısı budur ki, Məhəmməd Əl-Ələvi araşdırma məqaləsini dərc etdikdən sonra, ona və qohumlarına təhdidlər gəlməyə başlayıb.

Bunu yerli “Clear Story News” nəşri yazıb.

Nəşrin yazdığına görə, hazırda Misir polisi jurnalistin qətlində əlaqəsi olduğu iddia edilən bir neçə Ukrayna vətəndaşının əli olub-olmamasını araşdırır.

Xatırladaq ki, jurnalist avqust ayında Ukrayna prezidenti Vladimir Zelenskinin həyat yoldaşı Olqa Kiyaşkonun anası tərəfindən Qırmızı dənizdə 5 milyon dollar dəyərində dəbdəbəli villa alması ilə bağlı məlumatı açıqlayan məqalə dərc etmişdi.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə